top of page

Tez-tez Soruşulan Suallar (FAQ)

Rusca danışa bilirsiniz?

 

Azərbaycana 1992-ci ildə gəlmişəm, ona görə də, təbii ki, bəzi əyləncəli səhvlərlə də olsa, sizinlə Azərbaycan dilində ünsiyyət qura bilərəm, amma rusca danışa bilmirəm.

 

Xəstələrinizi harada qəbul edirsiniz?

 

Sizin evinizdə, yadda uşağın məktəbində.

Serebral iflicli uşaqlarla hansı metodlardan istifadə edirsiniz?

 

Hərəkət problemləri və qeyri-normal tonu olan uşaqlar üçün mən Bobath/NDT yanaşması sahəsində ixtisaslaşmışam. Mən dərman yazmıram, uşaqların fəal, şən və çətinə salına biləcəyi fəaliyyətlərdən istifadə edirəm. Valideynləri uşaqlarla keçirilən sessiyalarda iştirak eləməyə həvəsləndirirəm.

 

Hansı ixtisaslarınız var?

 

Erqoterapevt, ABŞ-da qeydiyyata götürülmüş və Texasda lisenziya almışam.

Münasibətlərin İnkişafı Müdaxiləsi Məsləhətçisi (RDIconnect.com saytına baxa bilərsiniz)

Terapevtik Dinləmə (TL saytına baxa bilərsiniz)

İnam-əsaslı Münasibətlər Müdaxiləsi (TBRI saytına baxa bilərsiniz)

 

Övladımın xüsusi bir diaqnozu yoxdursa, necə?

 

Mənim Bakıda qəbul elədiyim xəstələrin çoxu xüsusi diaqnoz olmadan gəlir. Erqoterapiyanın məqsədi məhdudiyyət səbəbindən asılı olmayaraq sizin övladınıza gündəlik fəaliyyətlə məşğul olmağı öyrətməkdir. Xüsusi bir tibbi problemin həllinə ehtiyac varsa, həkimlə məsləhətləşə bilərsiniz.

 

İlk görüşümüzə nə gətirə bilərəm?

 

Əvvəlki qiymətləndirmələri gətirsəniz, faydalı olar. Əlbəttə ki, uşağınızı da gətirməlisiniz. Hər iki valideyn buyurub gələ bilər.

Sizi maraqlandıran cavabı burada tapa bilmədiniz?

Suallarınızla mənə müraciət edə bilərsiniz.

bottom of page