top of page

Tammie Lenert haqqında

Mənim adım Tammie Lenert-dir və mən ixtisaslı erqoterapevtəm (ingiliscə - "occupational therapist"). Mən ABŞ-da təhsil almışam və ali məktəbi 1983-cü ildə bitirmişəm.

 

Mən erqoterapevt olaraq ABŞ-ın müxtəlif müəssisələrində xüsusi ehtiyaclı uşaqlarla çalışmışam.  

 

Mən ilk dəfə Azərbaycanın paytaxtı Bakıya 1992-ci ildə gəlmişəm. Azərbaycanın mədəniyyəti və dəyərləri ilə tanışam və Azərbaycan dilində yaxşı danışıram. Mən həm ingilisdilli, həm də azərbaycandilli uşaqlarla işləyirəm.

 

Mən United Aid for Azerbaijan (UAFA) təşkilatı ilə tərəfdaşlıq edirəm və hər il Bakıda yerləşən Uşaq Sağlamlığı Təhsili və İnkişafı (CHED) kursu fakültəsinin iştirakçılarından biriyəm.

 

bottom of page